“Neftçi”ni bəyənmədi, 3-cü diviziona gedir
27.06.2013 - 17:29
“Neftçi”ni bəyənmədi, 3-cü diviziona gedir
“Neftçi”nin transfer etmək istədiyi Nikolas Viola İtaliyanın 3-cü divizion klubu “Trapani”də çıxış edə bilər. Apasport.az saytının məlumatına görə, onun “Palermo”dakı yeni baş məşqçisi Cennaro Qattuzo tərəfindən bu mövsüm oynadılmayacağı müəyyən olunub.

Belədə futbolçunun 3-cü divizion klubu “Trapani”yə icarəyə verilmək variantı var. Artıq bu məsələnin həlli üçün tərəflər arasında danışıqlara başlanılıb.

Qeyd edək ki, “Neftçi” tərəfi Nikolas Viola üçün 300 min avroluq müqavilə təklif etsə də, italiyalı hücumçu çempionumuzda oynamaq istəmədiyini bildirmişdi.