Zaur Əzizov: Türkiyədə bir hücumçu bizə qoşulacaq
27.06.2013 - 17:41
“Umar Kalabanın düşərgəmizə gəlməməsinin səbəbini bilirik. Ona klub tərəfindən icazə verilib. Çünki o, bu ay Mozambik və Zimbabve ilə seçmə mərhələ oyunlarında 90 dəqiqə meydanda olub”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.
İyunun 25-dən Qəbələdə hazırlıqlara başlayan komandaya yalnız afrikalı mərkəz müdafiəçisi Umar Kalaban qoşulmayıb. Ancaq futbolçuya klub tərəfindən icazə verilibmiş. Əzizovun sözlərinə görə, futbolçu “Qəbələ”yə iyulun 1-dən Türkiyədə başlayacaq hazırlıqlar zamanı qoşulacaq.
Spartada başlayacaq hazırlıqlara isə təkcə Kalaban qoşulmayacaq. Əzizovu dinləyək: “Bir neçə hücumçu ilə danışıqlar aparırıq. Sözsüz ki, Türkiyə hazırlıqları zamanı həmin oyunçulardan biri bizə qoşulacaq. Onun gücünü keçirəcəyimiz 4 yoxlama oyunu zamanı görəcəyik”.
Qeyd edək ki, “Qəbələ” hücum xəttinə hələ ki, “Kuban”dan nigeriyalı Abdulvahid Afolabini gətirib. “Krivbass”ın rusiyalı forvardı Sergey Samodinlə isə anlaşmaq mümkün olmayıb.
Səbuhi TOFİQOĞLU

0
0