DÇ iştirakçısı “Rəvan”da
27.06.2013 - 18:20
“Rəvan” yeni mövsümə hazırlıq çərçivəsində bu həftədən etibarən gündə 2 dəfə məşq edir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, səhər hazırlığı ilə axşam məşqi bir-birindən fərqlənir.
Bu gün səhər məşqində futbolçular fiziki hazırlıq üzrə polar-testdən keçirilib. Fiziki hazırlıq üzrə məşqçi Rastislav Svitski ilə klubun həkimi Ceyhun Əliyevin nəzarəti altında oyunçuların fiziki durumu testdən keçirilib. Ümumiyyətlə, səhər məşqi birbaşa fiziki hazırlığın yüksəldilməsinə yönəlib.
Yeri gəlmişkən, məşqdə artıq komandanın düşərgəsinə baxışa gələn ukraynalı müdafiəçi Aleksandr Yatsenko da iştirak edib. Kiyev “Dinamo”sunun yetirməsi olan 28 yaşlı müdafiəçi ölkəsinin adlı-sanlı klubunun əsas komandasında cəmi 10 oyun keçirə bilib.
O, daha çox Ukraynada “Xarkov”, “Çernomorets” və “İliçevets”də oynaması ilə yadda qalıb. Belarus “Belşina”sının şərəfini qoruyarkən legioner həyatı yaşayan Yatsenkonun son klubu Ukrayna I divizionunda çıxış edən “Qelios” olub. Aleksandr Ukraynanın demək olar, bütün yaş qrupları üzrə yığma komandalarında oynayıb.
2004-cü ildə U-19-lar arasında Avropa çempionatında yarımfinalçı olan Yatsenko 1 il sonra FİFA gənclər arasındakı dünya çempionatına qatılıb. 2006-cı il isə onun karyerasının ən yaddaqalan bölümüdür. Belə ki, Saşa əvvəlcə U-21-lər arasındakı Avropa çempionatında kapitanı olduğu Ukrayna millisi ilə gümüş medal qazanıb. Ardından isə Sergey Fyodrovun zədələnməsindən sonra ölkəsinin əsas millisinin heyətində Almaniyada keçirilən dünya çempionatına aparılıb. Həmin turnirdə meydana çıxmasa da, DÇ həyəcanı yaşamağı çox şeydən xəbər verir.
Qeyd edək ki, dünya birinciliyindən sonra Yatsenko da sabiq Ukrayna prezidenti Viktor Yuşşenkodan orden alanlar sırasında olub. Andrey Şevçenko, Andrey Voronin, Oleq Qusev, Artyom Milevski, Sergey Rebrov, Anatoli Timoşuk, Ruslan Rotan, Aleksandr Şovkovski, Dmitri Çiqrinski kimi məşhur futbolçularla birgə, ona da III dərəcəli “Rəşadət ordeni” verilib.

0
0