“Real” İsko ilə 5 illik müqavilə bağladı
27.06.2013 - 19:05
“Malaqa”nın yarımmüdafiəçisi İsko rəsmən “Real”ın futbolçusu olub. Apasport.az saytının məlumatına görə, 21 yaşlı oyunçu “Kral klubu” ilə 5 illik müqavilə imzalayıb.
“Real” İskonun keçidi üçün qarşı tərəfə 30 milyon avro ödəyib.
Qeyd edək ki, gənc futbolçu başa çatan mövsümdə 37 dəfə meydana çıxıb və rəqib qapılarından 9 top keçirib. İsko İspaniyanın 21 yaşlı futbolçularından ibarət Avro-2013-ün qalibi olub. O, 2012-ci ildə Avropanın ən yaxşı gənc oyunçusu seçilib.

0
0