“İnter”in rəqibi evdə darmadağın oldu
27.06.2013 - 21:43
“İnter”in rəqibi evdə darmadağın oldu
Ölkəmizi Avroliqanın I təsnifat mərhələsindən etibarən təmsil edəcək olan “İnter”in rəqibi “Mariehamn” Finlandiya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “adalılar” bu gün ölkə birinciliyinin XVI tur çərçivəsində evdə lider HİK-lə münasibətlərinə aydınlıq gətirib.

Qarşılaşma “İnter”in rəqibi üçün pis nəticələnib. Belə ki, “Mariehamn” görüşdə darmadağın olub. Matç 5:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Bu məğlubiyyətdən sonra “Mariehamn” 24 xalla turnir cədvəlinin 5-ci pilləsinə yuvarlanıb.

Qeyd edək ki, “İnter” - “Mariehamn” matçı iyulun 4-də, “Bayıl Arena”da keçiriləcək. Oyun saat 21:00-da başlayacaq. Görüşü 33 yaşlı litvalı referi Serqeyus Sliva idarə edəcək.