“Qaraçala” son matçda da üzüldü
27.06.2013 - 22:26
“Qaraçala” son matçda da üzüldü
UEFA Regionlar Kubokunun final mərhələsinin A qrupunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, İtaliyada keçirilən turnirdə iştirak edən Azərbaycan klubu “Qaraçala” növbəti matçına çıxıb.

Təmsilçimiz Şimali İrlandiyanın “İstern Recion” (Şərqi Region) komandası ilə qarşılaşıb. Salyan klubu bu matçda da məğlub olub – 5:2.

Bununla da, “Qaraçala” qrupda hər üç görüşünü uduzaraq, turnirlə vidalaşıb.

Qeyd edək ki, “Qaraçala” əvvəlki oyunlarda Macarıstan “Keleti Reqio”suna (Şərqi Region) 0:2, İtaliya “Veneto”suna isə 0:1 hesabı məğlub olub.