Fortalezada aksiyaçılar polisə hücum etdilər
27.06.2013 - 23:16
Fortalezada aksiyaçılar polisə hücum etdilər
Braziliyada kütləvi toqquşmalar davam edir. Apasport.az saytının məlumatına görə, hazırda davam edən İspaniya – İtaliya matçından əvvəl Fortaleza şəhərinin “Kastelan” stadionunun yaxınlığında aksiyaçılar yenə küçələrə çıxıb.

Konfederasiyalar Kubokunun yarımfinal oyununun start fitindən əvvəl nümayişdə təxminən beş min nəfər iştirak edib. Gənclərdən təşkil edilmiş qrup polisə hücum edib. Lakin onların qarşısını saxlamaq mümkün olub.

Aksiyaçıların dağıdılması üçün polis gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər və qanun keşikçilərinin arasında yaralılar var. Bir sıra etirazçılar əvvəlcədən gətirdikləri avtomobillərin təkərlərini yandırıblar. Bu zaman hadisə yerini bir müddət qara tüstü bürüyüb.