“Bakı”da oyunçular sınanıldı - FOTOSESSİYA
27.06.2013 - 23:38
“Bakı”da oyunçular sınanıldı - FOTOSESSİYA
Yeni mövsümə hazırlıq prosesi çərçivəsində “Bakı” gündə iki məşq keçirməklə təlim-məşqlərini davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, ötən gün axşam məşqi zamanı “zolaqlılar” ikitərəfli oyun keçirib.

Oyunçular “Qırmızılar” və “Ağlar” olmaqla iki komandaya bölünüblər.

Matç paytaxt təmsilçisinin heyətində qalacaq futbolçuları müəyyənləşdirmək xarakteri daşıyıb. İkitərəfli oyun “Qırmızılar”ın 7-1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Qalib komandasının heyətində Rauf Əliyev 4, Mindauqas Kalonas, Əfran İsmayılov və Valeh Seyidov hərəyə 1 dəfə fərqləniblər. “Ağlar”ın yeganə qolunun müəllifi isə Rəşad Abdullayev olub.