“Everton”dan “Mançester Yunayted”ə rədd cavabı gəldi
28.06.2013 - 00:37
“Everton”un müdafiəçisi Leyton Beynsi əldə etmək istəyən “Mançester Yunayted”ə qarşı tərəfdən rədd cavabı gəlib. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” 28 yaşlı futbolçu üçün Liverpul təmsilçisinə 12 milyon avro təklif edib.
Lakin “Everton”un yeni baş məşqçisi Roberto Martines ingilis oyunçunu satmayıb. O bildirib ki, Beyns komandadan hələ ki ayrılmaq niyyətində deyil.
“Mançester Yunayted”in çalışdırıcısı Devid Moyes isə sabiq futbolçusunu tezliklə sərəncamında görmək istəyir. Bunun üçün son Premyer Liqanın qalibləri yenidən “Everton”a təklif göndərəcək.
Qeyd edək ki, Leyton Beyns 2007-ci ildən Liverpul klubunun şərəfini qoruyur.

0
0