İker Kasilyas gecənin ən yaxşı oyunçusu adını qazandı
28.06.2013 - 02:47
İker Kasilyas gecənin ən yaxşı oyunçusu adını qazandı
Konfederasiyalar Kubokunun yarımfinalında üz-üzə gəlmiş İspaniya – İtaliya oyunun ən yaxşı oyunçusu bəlli olub. Apasport.az saytının məlumatına görə, son dünya və Avropa çempionlarının qapıçısı İker Kasilyas gecənin qəhrəmanı seçilib.

Fortaleza şəhərinin “Kastelan” stadionunda baş tutan matçın əsas vaxtında qalib müəyyənləşməyib. Görüşün 30 dəqiqəsində də qapılar toxunulmaz saxlanılıb. Bu zaman qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada isə ispaniyalılar daha dəqiq oynayaraq (7:6), finalda Braziliya yığmasına rəqib olublar.

Qeyd edək ki, ötən gecə Uruqvay millisini 2:1 hesabı ilə məğlub edib, həlledici mərhələyə keçən Braziliyanın qapıçısı Julio Sezar da matçın ən yaxşı oyunçusu seçilmişdi.