“Xəzər Lənkəran” Maltaya darmadağınla gedir
28.06.2013 - 21:50
Almaniyada hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” bu gün ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi Regionalliqada mübarizə aparan “İnqolştadt 04”ün ikinci komandası ilə qarşılaşıb.
“Ağ-yaşıllar”ın hazırlıq keçdiyi Bad Qöqqinq qəsəbəsindəki “Marc Aurel” otelinin meydançasında baş tutan görüşdə Con Toşakın yetirmələri almanları darmadağın edib. Qarşılaşma 6:1 hesabı ilə başa çatıb.
Matçda Zohair Benouahi dubl edib. Junior Nildo, Manuel Skarlatake Uğur Pamuk və Elnur Cəfərov hərəyə bir dəfə fərqləniblər.
Bu görüşdən sonra “Xəzər Lənkəran” Avroliqanın ilk oyunu üçün Maltanın Ta-Qali şəhərinə yollanacaq. Təmsilçimizin “Slima” ilə qarşılaşması isə iyulun 2-də, yerli vaxtla 17:45-də (Bakı vaxtı ilə 20:45-də) başlayacaq. Matçı estoniyalı Erik Saar idarə edəcək.
Yoxlama oyunu
28 iyun
“Xəzər Lənkəran” (AZƏRBAYCAN) – “İnqolştadt 04” (ALMANİYA) - 6:1
Nildo, 13, Skarlatake, 34, Benouahi, 38; 52, Pamuk, 77, Cəfərov, 79
"Xəzər Lənkəran"ın start heyəti: Toni Doblas, Elnur Allahverdiyev, Alvaro Silva, Manuel Skarlatake, Radomir Todorov, Vanderson Skarduelli, Marin Orsuliç, Nikola Qliqorov, Sadio Tounkara, Zohair Benouahi, Junior Nildo
"Xəzər Lənkəran"ın ikinci hissədəki heyəti: Toni Doblas, Rasim Ramaldanov, Alvaro Silva, Vanderson Skarduelli, Elnur Allahverdiyev, Marin Orsuliç, Uğur Pamuk, Adrian Pit, Zohair Benouahi, Junior Nildo
Hakimin start fiti.
Nildo hesabı açdı.
28-ci dəqiqədə Nildo yenidən fərqlənə bilərdi.
1 dəqiqə sonra Benouahinin zərbəsi qapı dirəyindən qayıtdı.
34-cü dəqiqədə Manuel Skarlatake "Xəzər Lənkəran"ın 2-ci qolunu vurudu.
Nildonun qolundan 4 dəqiqə sonra Zohair Benouahi paraşut zərbə ilə fərqi 3 topa çatdırdı.
İlk hissə başa çatdı.
Fasilə
İkinci hissə başladı.
Zohair Benouahi 52-ci dəqiqədə dubl etdi.
“Xəzər Lənkəran”ın hücumçusu Benouahi zədələndi. Onu Elnur Cəfərov əvəzlədi.
Almanlar fərqi azaltdı.
Toni Doblasın əvəzinə meydana Orxan Sadıqlı daxil oldu.
Marin Orsuliç meydandan çıxdı. Onu Rahid Əmirquliyev əvəzlədi.
Uğur Pamuk cənubluların 5-ci qolunu vurdu.
Elnur Cəfərov fərqi daha da artırdı.
Orxan Sadıqlı rəqib komandanın futbolçusunun penaltisini geri qaytardı və oyun başa çatdı.
Qarşılaşma “Xəzər Lənkəran”ın 6:1 hesablı qələbəsi ilə nəticələndi.

0
0