Çezare Prandelli: İspaniya çox gözəl komandadır
28.06.2013 - 04:07
“İspaniya çox gözəl komandadır. Onlar meydanda sabit oyunları ilə seçilir. Biz rəqibimiz qədər sabit olmağı çox istəyərdik. Bu gün öz futbolumuzu nümayiş etdirməyi bacardıq. Topu uzun müddət özümüzdə saxlayıb, qol vurmaq şansları yaradırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya milli komandasının baş məşqçisi Çezare Prandelli deyib.
Təcrübəli mütəxəssis Konfederasiyalar Kubokunun yarımfinal mərhələsində İspaniya yığmasına penaltilər seriyasında 7:6 hesabı ilə məğlub olmalarını şərh edib: “Biz bilirdik ki, yalnız nəticəyə şəxsi oyunun hesabına nail ola bilərik. İlk hissədə çox yaxşı oynadıq, amma fasilədən sonra həmin intensivliyi saxlamaq çətin oldu. Penaltinin seriyasında isə istənilən hər şey ola bilərdi. Yaxşı oyunu ilə bizə qalib gələn rəqiblərimizi təbrik edirəm. Sabah məşq etməyəcəyimizi düşünürəm. Çünki futbolçularımız çox yoruldular. Təşkilatçılara reqlamentin dəyişikliyini fikirləşmək lazımdır. Ona görə ki, komandaların güclərin bərpa olunması üçün daha çox vaxta ehtiyac var. Bu vəziyyətdə bizə üçüncü yer uğrunda mübarizə aparmaq çətin olacaq”.
Qeyd edək ki, penaltilər seriyasında İtaliyanın qolunu Leonardo Bonuççi vura bilməyib.

0
0