Visente del Boske penaltilərdən danışdı
28.06.2013 - 04:30
Visente del Boske penaltilərdən danışdı
“Bu iki çox gözəl komandanın iştirakı il əla oyun oldu. Biz və rəqibimiz idman mübarizəsi şəraitində keçən matçda yüksək ruh nümayiş etdirdik”. Apasport.az saytının məlumatına görə, bu sözlər İspaniya milli komandasının baş məşqçisi Visente del Boskeyə məxsusdur.

Son dünya və Avropa çempionlarının çalışdırıcısı Konfederasiyalar Kubokunun yarımfinal mərhələsində İtaliya yığmasına penaltilər seriyasında 7:6 hesabı ilə qalib gəlib, finalda Braziliyaya rəqib olmalarını dəyərləndirib: “İlk hissədə italiyalılar daha yaxşı görünürdülər. Amma biz əlavə vaxtda oyunda balans yaratdıq. Yekun nəticəyə gəlincə, penaltilər seriyasında biz qalib ayrıldıq. Ümumilikdə isə İspaniya və İtaliya yığmaları bu gün göstərdi ki, dünya futbolunun liderlərinin sayına daxil olurlar”.