“Neftçi” Rusiya klubuna uduzdu - YENİLƏNİB
28.06.2013 - 18:51
Avstriyada yay-təlim məşq toplanışını davam etdirən “Neftçi” bu gün hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun rəqibi Rusiyanın “Volqa” klubu olub.
Baş məşqçi Böyükağa Hacıyevin yetirmələri Nijni-Novqorod təmsilçisinə uduzub. Görüş minimal hesabla başa çatıb.
Qeyd edək ki, Çempionlar Liqasındakı təmsilçimiz olan “Neftçi” “Volqa” ilə görüşdən sonra Rusiyanın digər Premyer Liqa təmsilçisi “Terek”lə, həmçinin Rumıniyanın “Vaslui” klubu və “Xəzər Lənkəran”ın Avroliqada potensial rəqibi olan Hayfa “Makkabi”si ilə qarşılaşacaq.
Yoxlama oyunu
28 iyun
“Neftçi” (AZƏRBAYCAN) – “Volqa” (RUSİYA) - 0:1

0
0