“Rəqib bizə qarşı problemlər yaratdı”
28.06.2013 - 05:40
“Rəqibi təbrik etmək istəyirəm. Çünki onlar gözəl oyun nümayiş etdirdilər. İtaliya bizə qarşı yaxşı matç keçirdi. Rəqibin heyətində bəzi futbolçular layiqincə mübarizə apardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya milli komandasının qapıçısı İker Kasilyas deyib.
O, Konfederasiyalar Kubokunun yarımfinal mərhələsində İtaliya yığmasına penaltilər seriyasında 7:6 hesabı ilə qalib gəlib, finalda Braziliyaya rəqib olmalarını dəyərləndirib: “Bu gün İtaliya yığması bizə qarşı problemlər yaratdı. Finala gəlincə, “Marakana”da matç xüsusi olacaq. Çünki orada Braziliya və İspaniya görüşəcək. Bir çoxları əvvəlcədən də bu iki komandaları həlledici mərhələdə gözləyirdilər. Biz ev sahiblərinə baxanda, hazır olmaq üçün bir gün az istirahət edəcəyik. Bu gün meydanda 120 dəqiqə mübarizə apardıq. Lakin İspaniya bəraət kimi bu şəraitdən istifadə etməyəcək”.
Qeyd edək ki, təcrübəli qolkiper gecənin ən yaxşı oyunçusu seçilib.

0
0