Millimiz ruslara da uduzdu
28.06.2013 - 09:52
Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət milli komandamız növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Rusiyanın II dəstə klubu “Qazovik”lə üzləşib.
Ancaq Arif Əsədovun yetirmələri Avstriya ilə sərhəddə yaxın Macarıstan ərazisində keçirilən görüşdə Orenburq təmsilçisi ilə bacarmayıb və 2:3 hesabı ilə məğlub olub. Maraqlıdır ki, qolların hamısı ilk hissədə vurulub. Ruslar 3, 20, 31, U-19 isə 28 və 45-ci dəqiqələrdə fərqlənib. Millimiz sonuncu qolu penaltidən vurub.
Qeyd edək ki, millimiz bundan öncə Avstriya 2-ci Bundesliqa klubu “Kapfenberq”ə 0:4 hesabı ilə uduzub. Yığmamız növbəti yoxlama oyununu iyunun 30-da “Münhen 1860”ın U-23 komandası ilə keçirəcək.

0
0