Georgi Çixradze AZAL-da
28.06.2013 - 10:13
AZAL-ın düşərgəsində 4 yeni legioner yer alıb. Apasport.az saytının məlumatına görə, ukraynalılar Anton Korolçuk və Artur Sirukla yanaşı, Viktor Raskov da baxışdadır. “Gelios”un 29 yaşlı hücumçusu vaxtilə Donetsk “Şaxtyor”unda oynayıb.
Daha bir əcnəbi isə gürcüstanlıdır və öz adı, soyadı ilə diqqət çəkir. Belə ki, “Simurq”un baş məşqçisi Georgi Çixradzenin adaşı AZAL-da sınaqdan keçir. Vətənində “Liakvi” klubundan gələn 25 yaşlı müdafiəçi həmçinin orada “Olimpiya”, “Dila” və “Çixura”da oynayıb. O, Latviyada “Dauqava”da forma geyib.
“Təyyarəçilər” hazırlığına qatılan millimizin sabiq hücumçusu Fərid Quliyevlə bağlı hələ qərar verməyib. Ötən mövsümü “Turan” və “Kəpəz”də keçirən 27 yaşlı futbolçunun gələcək taleyi yaxın günlərdə müəyyənləşəcək. Bunda AZAL-ın digər hücumçu – Ruslan Qurbanovla bağlı gözlədiyi cavab da rol oynayacaq. Bakılılar futbolçunu müqavilə ilə məxsus olduğu “Neftçi”dən 1 illiyə icarəyə götürməklə bağlı müraciət edib.

0
0