“Azərbaycana səfər bizə 1 milyondan artığa başa gələcək”
28.06.2013 - 10:29
“Azərbaycana səfər bizə 1 milyondan artığa başa gələcək”
“Biz “İnter” – “Mariehamn” cütündə Finlandiya komandasına azarkeşlik edəcəyik. Çünki Azərbaycan klubunun bizə rəqib olarsa, işimiz daha çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Norveçin “Tromse” klubunun idman direktoru Sveyn Morten Yohansen deyib. Avropa Liqasının I təsnifat mərhələsindən Sloveniyanın “Selye” klubunu keçmək iddiasında olan norveçlilər növbəti rəqibi yaxın Finlandiya təmsilçisini arzulayır.

Yohanesn bunu həm də Azərbaycana uzun səfərlə əlaqələndirir: “Ora getmək üçün uzun yol qət etməliyik. Bu, bizə əlavə çətinlik yaradacaq. Azərbaycana getmək üçün çarter reysi olmalıdır. “Rusenborq” bir neçə öl öncə Bakıya səfər etmişdi. Fikrimcə, bu, 1 milyon krondan çox edəcək. Ümid edirəm ki, sloveniyalıları keçəndən sonra Azərbaycana yox, daha yaxın ölkəyə gedəcəyik”.