Lənkərana belçikalı gəlir
28.06.2013 - 10:52
Lənkərana belçikalı gəlir
İyulun 11-də Avroliqada keçiriləcək “Xəzər Lənkəran” – “Slima Uonderers” cavab oyununun baş hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, belçikalı FİFA referisi Vim Smetdir.

Qeyd edək ki, tərəflərin Maltada iyulun 2-də keçiriləcək ilk qarşılaşmasını estoniyalı Eyko Saar idarə edəcək.