ABŞ millisi Bakıya tələbələrlə oynayıb gəlir
28.06.2013 - 11:10
ABŞ millisi Bakıya tələbələrlə oynayıb gəlir
ABŞ yığması iyulun 2-dən Bakıda keçiriləcək hərbçilər arasında ilk dünya çempionatına hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “yankilər” iyunun 6-dan hazırlıqlara başlayıb.

40 hərbçi heyətlə başlayan komandada hazırda say 20-yə endirilib. ABŞ Bakıya isə 18 hərbçi-futbolçu ilə gəlməlidir. Amerikalılar Bakıya gəlməzdən öncə Betesda Universitetinin tələbələri ilə yoxlama oyunu keçirib və 5:1 hesabı ilə qalib gəlib. ABŞ-dan qolları Dəniz Qüvvələrinin serjantı, starşina, Hava Qüvvələrinin 1-ci leytenantı kimi hərbçilər vurub.