Polşalı qapıçı: Burkhardt “Simurq”un səviyyəsinin yaxşı olduğunu dedi
28.06.2013 - 11:51
“Mənim Afrodita adalarında qalmaq şansım vardı. Həmçinin Yunanıstandan da təkliflər almışdım. Ancaq orda maliyyə böhranı olduğundan, yerli klublarda pulla bağlı problemlər vardı”. Apasport.az saytının məlumatına görə, bunu polşalı qapıçı Pavel Kapsa deyib.
Kiprdə “Alki” və “Olimpiakos”da legioner karyerası yaşamış 30 yaşlı qolkiper ölkəsində fakt.pl saytına verdiyi açıqlamasında “Simurq”dan ciddi təklif aldığını bildirib: “Mən vətənə - Kiprə gedənə kimi oynadığım “Lexiya”ya qayıtmağı düşünürdüm. Ancaq sabiq klubumdan təklif almadığım üçün başqa variantlar axtarmağa başladım. Belədə Azərbaycandan konkret təklif aldım və bunu müsbət cavablandırdım”.
Kapsa bunun üçün “Simurq”un sabiq yarımmüdafiəçisi Martsin Burkhardtla məsləhətləşdiyini də bildirib: “O mənə klub haqqında yaxşı şeylər söylədi. Səviyyəsinin kifayət qədər yaxşı olduğunu bildirdi. Ora ailəmlə yollanacağam. Yəqin ki orda tək qalmayacağam”.
Qeyd edək ki, “Simurq”un buna qədər digər qapıçısı da polşalı olub. Ancaq Kapsanın həmyerlisi olan David Petrjkeviç Zaqatala klubunu “Qəbələ”yə dəyişib.

0
0