“Mançester Yunayted”ə 10 futbolçumuzu göndərməyə çalıçacağıq”
28.06.2013 - 11:54
“Bu layihəni təqdim etdiyimizdən 1 ay keçsə də, 1 gün kimi gəldi. Çünki çox həyəcanlı idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov deyil. “Mançester Yunayted”in yay futbol məktəbinin Bakıda keçirdiyi layihə ilə bağlı danışan baş katib seçilənlər arasında qız futbolçunun yer almağının daha sevindirici olduğunu bildirib: “Məşqçilərimiz respublikamızda 1000-ə yaxın futbolçuya baxaraq, onlar arasında 32 futbolçu seçdi. Bunlardan 1-nin qız olmağı sevindiricidir. Göründüyü kimi, 17 yaşadək qızlardan ibarət yığmalar arasında dünya çempionatının Bakıda keçirilməyinin böyük rolu oldu”.
“Mançester Yunayted”ə minnətdarlıq edən Məmmədov İngiltərəyə yollayacaqları futbolçulara qayğı göstərməyin vacib olduğunu deyib: “Həmin 32 futbolçudan 5-i seçiləcək. Onlar davamlı “Mançester Yunayed”ə səfər edib, daha uzun müddətli təlim-məşq toplanışında iştirak etməlidir. Mütəxəssis bundan sonra qiymət verib, Akademiyada nə qədər olmalarına qərar verəcəklər. İndi danışıqlar gedir ki, 5 yox, 10 azərbaycanlı futbolçu göndərək. Çünki məşqçilərdən yüksək qiymət almışıq, Oyun izləmək həmişə yaxşıdır. Ancaq biz uşaqlara futbol oynamağa imkan yaratmalıyıq. Uşaqlar ingilis dilini bilmədiklərindən onlara “Mançester Yunayted”in Akademiyasında təhsil almaq çətindir. Ancaq minimum ingilis dilini öyrənmələrinə şərait yaradacağıq”.

0
0