Denis İrvin futbolçularımıza İngiltərədə oynamağın yolunu göstərdi
28.06.2013 - 12:08
“Mən çox sevinirəm ki, “Mançester Yunayted”i Bakıda bu tədbirdə təmsil edirəm. Bakıya keçən gecə gəlsəm də, həmkarlarım artıq 1 həftədir burdadırlar. Onılar ölkənizdə qonaqpərvərlikdən ağızdolusu ilə danışırlar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Mançester Yunayted”in əfsanəvi futbolçusu Denis İrvin bu gün keçirilən mətbuat konfransında deyib. Uzun illər şərəfini qoruduğu, çoxsaylı titullar qazandığı, o cümlədən Çempionlar Liqasının qalibi olduğu Mançester təmsilçisinin Bakıda keçirdiyi seçimlə bağlı ölkəmizə gələn irlandiyalı keçmiş müdafiəçi gördüklərindən razılığını bildirib.
İrvin “Mançester Yunayted”in Yay Futbol Məktəbinin Bakıda olan məşqçilərindən seçim prosesi ilə bağlı xoş sözlər eşitdiyini söyləyib: “Karl və Pounun sözlərinə görə, burdakı stadartlar və oyun tərzi çox yüksək səviyyədədir. Onlar Bakıda gördüklərin çox məmnundurlar. Sözsüz ki, bu layihənin uğurlu olmağı bir neçə tərəfin dəstəyi sayəsində mümkün olur. Bu məşqlərdən ən çox həzz alan məhz uşaqlar oldu”.
Apasport.az-ın əməkdaşının da suallarını cavablandıran əfsanəvi futbolçu oyunçularımıza gələcəkdə İngiltərədə çıxış etmək üçün məsləhətini verib: “Futbol oynadığım dövrdə Litva. Latviya, Ukrayna, Rusiya ilə üzləşsəm də, sizə qarşı heç vaxt oynamamışam. Bəli, bəxtim gətirib ki, Azərbaycana qarşı oynamamışam (gülür).Bakıya ilk dəfədir gəlirəm və gördüklərimdən mənnunam. Bir çox ölkələrin futbolçuları İngiltərənin I liqasında oynaya bilirlər. Futbolçularınıza daha çox oyuna konsetrasiya olmaları vacibdir. Əgər onlarda bu, olsa, hətta Premyer Liqada oynaya bilərlər”.
Mehman SÜLEYMANOV

0
0