“Azərbaycanlı uşaq futbolçuların ən böyük üstünlüyü...”
28.06.2013 - 12:29
“Azərbaycanlı uşaq futbolçuların ən böyük üstünlüyü...”
“Uşaq futbolçuları fərqləndirən cəhət bir-birindən fərqli olmalarıdır. Azərbaycanlı uşaqlarda ən böyük üstünlük öyrənməyə böyük arzularının olmağıdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Mançester Yunayted”in məşqçisi Karl Vayld deyib.

Mançester təmsilçisinin Yay Futbol Məktəbinin Azərbaycandakı seçim prosesi ilə bağlı burda bir müddətdir olan ingiltərəli mütəxəsis uşaqlarımızın böyük enerjiyə malik olduğunu bildirib: “Ən vacib məqam odur ki, onların üzlərində daim təbəssüm var. Biz dünyanın müxtəlif yerlərində məşqlər aparırıq. Uşaqların hamısı bir-birinə bənzəyir. Onlara daha çox oynamaq lazımdır ki, futbolu yaxşı mənimsənislər. Azərbaycanlı uşaqlar futbol oynamaqdan çox həzz alırlar”.

Qeyd edək ki, 1000 nəfərdən seçilən 32 futbolçudan 5 ən yaxşısı müəyyənləşərək, “Mançester Yunayted”in Akademiyasına göndəriləcək. Hər uşaq öz valideyni ilə Mançesterə gedəcək. Bu, avqust - oktyabrı əhatə edəcək ki, sənədləşdirmə, viza ilə bağlı məsələləri həll etmək lazım olduğundan, bu vaxt daha münasib sayılıb.

Mehman SÜLEYMANOV