“Anji”nin müdafiəçisi: Biz Ariflə bir-birimizi yaxşı tanıyırıq
28.06.2013 - 12:40
“Anji”nin müdafiəçisi Əli Hacıbəyov müsahibə verib. Apasport.az saytının məlumatına görə, 23 yaşlı müdafiəçi ilk əvvəl dünən Avstriyada baş tutmuş “İnter”lə yoxlama oyunu haqqında danışıb.
- Yaxşı oyun keçdi, qalib gəldik. Bütün uşaqlar özlərini göstərdi. Bilirdik ki, bu oyundan sonra bizə 1-2 gün istirahət veriləcək. Matç uğurlu alındı.
- Güclü rəqiblə matçda özünü göstərmək istəyən belə komandalara qarşı oynamaq nə dərəcədə asandır?
- “Anji”yə qarşı bütün rəqiblər var gücünü ortaya qoyur. Bu matçda biz gördük ki, onlar necə oynadılar. Çox sərt, hətta deyərdim ki, kobud oynadılar. Ancaq biz belə olacağını bildiyimizdən buna hazır idik. Bizim əsas məqsədimiz çempionata hazırlaşmaqdır.
- Oyundan öncə siz Dağıstan futbolunun yetirməsi olan “İnter”in oyunçusu Daşdəmirovla söhbət edirdiniz. Ancaq sizə eyni vaxt meydanda olmaq qismət olmadı. O, ilk hissədə oynadı, siz isə fasilədən sonra meydana çıxdınız. Siz nə vaxtsa birgə məşq etmisiniz?
- Biz bir-birimizi çox yaxşı tanıyırıq. Uşaqlıqdan idman məktəbində bir yerdə olmuşuq. Oyuna kimi bir-birimizlə bir az söhbət etdik.
- Öz oyununuzu necə dəyərləndirirsiniz?
- Hazırlıq davam edir, bizdə günə 2 məşq olur. Matçdan bir gün əvvəl 2 məşqimiz olduğundan yorğun oynadıq. Qarşıda çempionata hazırlıq üçün daha bir təlim-məşq toplanışımız var.
- İlk toplanış sizin üçün nə dərəcədə çətin keçdi?
- Deyə bilmərəm ki, çətin idi. Bütün uşaqlar başa düşür ki, əvvəlki gücümüzü qaytarmalıyıq. Ona görə də hamı bütün gücü ilə məşq edir.

0
0