Pərdis Fərcad-Azadın çıxış edəcəyi klub müəyyənləşdi
28.06.2013 - 13:59
Pərdis Fərcad-Azadın çıxış edəcəyi klub müəyyənləşdi
“Sumqayıt”ın futbolçusu Pərdis Fərcad-Azadın gələcək taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, millimizin hücumçusu qarşıdakı mövsümü də Sumqayıt təmsilçisində keçirəcək.

“Xəzər Lənkəran”ın Almaniyadakı hazırlığına gələrək, razılaşma əldə edilməyindən keçidi baş tutmayan Pərdisə mövsümlərarası fasilədə təkliflər olsa da, qalmağa qərar verib. Sumqayıtlıların hücumçuya ehtiyacı böyük olduğundan, onunla hələ 1 illik olan anlaşmasını sona kimi davam etdirəcək.

Millimizin son oyunlarında zədəli olan Fərcad-Azad qarşıdakı günlərdə Sumqayıta gələcək. O, müayinə olunduqdan sonra nə vaxt məşqlərdə iştirak edəcəyinə qərar veriləcək.