“Volqa” “Neftçi”dən öncə daha bir oyun keçirəcək
28.06.2013 - 14:29
Rusiyanın “Volqa” klubu bu gün 2 yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, Avstriyada bu gün “Neftçi” ilə qarşılaşacaq Nijni-Novqorod klubu bundan öncə daha bir yoxlama matçında qüvvəsini sınayacaq.
Belə ki, Rusiya təmsilçisi bizim vaxtla saat 18:00-da Avstriyanın “Zalsburq” komandasının farm-klubu olan “Liferinq”lə qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 21:00-da isə “Neftçi” “Volqa”nın rəqibi olacaq. Gözlənilir ki, zaltsburqlulara qarşı ehtiyat, çempionumuza qarşı isə əsas heyət meydanda olsun.
Qeyd edək ki, “Neftçi” yay hazırlığı zamanı ilk yoxlama oyununu məhz “Volqa”ya qarşı keçirəcək.

0
0