“Tofiq Bəhramovun azərbaycanlı olduğunu bilmirdim” - MÜSAHİBƏ
28.06.2013 - 14:40
Bakıda təşkil edilən “Mançester Yunayted” yay futbol məktəbinə rəhbərlik edən Denis İrvin apasport.az saytına müsahibə verib. 12 il bu klubun formasını geyinən, 368 oyunda meydana çıxıb 22 qol vuran irlandiyalı sabiq cinah müdafiəçisi İngiltərə futbolunun problemlərindən də danışıb.
- İngiltərədə əksəriyyət Azərbaycan futbolu haqda danışarkən Tofiq Bəhramovun adını mütləq qeyd edir. Siz necə, mərhum hakimimiz haqda eşitmisinizmi?
- 1966-cı ildə keçirilən dünya çempionatının finalında İngiltərə - Almaniya oyunundakı yan xətt hakimini deyirsiniz. Onun azərbaycanlı olduğunu bilmirdim.
- Ölkəmizdə gördükləriniz sizdə hansı təəssüratlar yaradıb?
- İnfrastruktur bütün tələblərə cavab verir. Uşaqların hazırlıq keçməsi üçün hər cür şərait yaradılıb. Məşqçilərin dediklərinə görə, uşaqlar fiziki baxımdan çox güclüdürlər. Eyni zamanda psixoloji baxımdan özlərini məşqlərə kökləyə biliblər.
- “Mançester Yunayted”lə əməkdaşlıq çərçivəsində yenidən Bakıya gəlişiniz gözlənilirmi?
- Bundan sonra hansı işlərin həyata keçirilməsindən çox şey asılıdır. Bilirəm ki, “Bakcell”lə “Mançester Yunayted” arasında yeni layihələr olacaq. Amma nədən ibarət olduğunu bilmirəm.
- Sizcə, Azərbaycanda futbolun inkişaf etdirilməsi üçün hansı işlər görülməlidir?
- Ümumi danışsaq qeyd etməliyəm ki, 6-10 yaşlı uşaqlara xüsusi diqqət yetirmək lazımdır. Futbola onları cəlb etmək lazımdır. Eyni zamanda həmin uşaqlarla düzgün məşqlər keçək vacibdir. Onlar sonradan özləri yollarını davam etdirəcəklər. Azərbaycanla bağlı onu da qeyd edim ki, ötən il ölkənizdə keçirilən U-17 qadınlararası dünya çempionatdan sonra qızların futbola marağı artıb. Məsləhət görərdim ki, bunu da inkişaf etdirəsiniz.
- İngiltərə futbolun vətəni hesab edilsə də, beynəlxalq aləmdə yığma səviyyəsində ciddi uğuru yoxdur. Səbəbi nədir?
- Razıyam ki, son 10-12 ildir İngiltərə digər ölkələrlə müqayisədə elə də uğurlu çıxış etmir. Fikrimcə, bunun başlıca səbəbi Premyer Liqada legioner sayının çox olması ilə bağlıdır. Onlar burada oynamaqla təcrübə toplayır və öz ölkələrinə faydalı olurlar. Yerli oyunçularımız isə elə də inkişaf etmirlər. Ötən il Premyer Liqada yalnız 32 faizi yerli oyunçular idi. Qalanları isə əcnəbilər olub.
- “Mançester Yunayted”in skautları dünyada ən güclülərdəndir. Bunun özəl bir sirri varmı?
- “Mançester Yunayted”in akademiyasında yetkin insanlar var ki, onlar bunu şəbəkə halında bütün dünyaya yaya bilirlər.
- Bəs sizin skautlar Azərbaycana nə vaxt gələcəklər?
- Seçimlər dünyanın hər yerində keçirlir. Mən Rusiyadan 1991-ci il təvəllüdlü Kolçevski ilə görüşdüm. Əsas odur ki, yaxşı oynayasan. Yaxşı oynasan, hər yerdə seçiləcəksən.
- Hazırkı uşaqlar arasında xüsusi istedadı ilə seçilənlər var ki, onları “Mançester Yunayted”in akademiyasına götürəsiniz?
- Bu futbol akademiyasından ayrı layihədir. Bu layihələr çərçivəsində akademiyaya uşaq götürmürlər. Akademiyaya seçim ayrı layihədir.

0
0