“Neftçi” - “Skenderbeu” matçının günü və saatı məlum oldu
28.06.2013 - 14:43
“Neftçi” - “Skenderbeu” matçının günü və saatı məlum oldu
“Neftçi” klubunun futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya “Skenderbeu”su ilə keçirəcəyi ilk görüşün günü və başlama saatı müəyyənləşib. Lent.az-ın məlumatına görə, qarşılaşma iyulun 17-də “Bakcell Arena”da oynanılacaq.

Matçın start fiti saat 21:00-da çalınacaq.

Qeyd edək ki, cavab görüşü iyulun 23-də Albaniyanın Korça şəhərindəki “Skenderbeu” stadionunda keçiriləcək.