“İnter”ə daha çox qol vura bilərdik” - FOTO
28.06.2013 - 16:37
“Oynamaq istəyirdim. Çıxışım uğurlu alındı: meydana daxil oldum və qolumu vurdum. Ümumilikdə oyun, bizimkilərin meydanda anlaşması xoşuma gəldi. Yaxşı emosiyalar idi”. Apasport.az saytının məlumatına görə, bunu “Anji”nin yarımmüdafiəçisi Aleksey İonov deyib.
“İnter”lə yoxlama oyununda fasilədən sonra meydana daxil olan və 62-ci dəqiqədə yeganə qola imza atan İonov “Anji”nin rəsmi saytına müsahibəsində sözügedən qarşılaşma haqda danışıb. “Zenit”in yetirməsi olan 24 yaşlı sağ cinah yarımmüdafiəçisi yeni klubunda ilk oyunundaca fərqlənməsindən məmnundur: “Bu mənim “Anji”nin heyətində birinci oyunum idi. Toplanış yenicə başlayıb. Ancaq çox maraqlı idi. Bussufa mənə dabanı ilə topu atdı, mən də topu qarşıma ataraq onu uzaq küncə göndərdim. Həmin epizodda başımı qaldıraraq vəziyyəti dəyərləndirdim... Orda başqa cür zərbə vurmaq olmazdı”.
“Kuban”dan “Anji”yə transfer olunan Aleksey “İnter”ə daha çox qol vura biləcəklərini də bildirib: “Əlbəttə, rəqibə çox qol vura bilərdik. Çünki xeyli qol epizodu yaratdıq. Hesab böyük də ola bilərdi”.
Qeyd edək ki, “İnter” Avstriya hazırlığı zamanı yeganə yenilgisini məhz “Anji” ilə oyunda alıb.

0
0