“Simurq”un növbəti rəqibi müəyyənləşdi
28.06.2013 - 16:49
İyunun 23-dən Türkiyədə təlim-məşq toplanışında olan "Simurq" növbəti mövsümə hazırlıqları ara vermədən davam etdirir. Apasport.az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, gündə 2 dəfə olmaqla məşqə çıxan komanda fiziki hazırlıqla yanaşı, taktiki ve texniki tapşırıqlar üzərində də işləyir.
Georgi Çixradzenin yetirmələri iyunun 30-da ilk yoldaşlıq görüşünü keçirəcək. "Green Park" otelinin meydançasında baş tutacaq qarşılaşmada Zaqatala təmsilçisinin rəqibi "Spartak-Nalçik" kollektivi olacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
“Simurq”un qardaş ölkədəki növbəti rəqibi isə Gürcüstanın "Dila" klubu olacaq. Qori şəhərinin təmsilçisi ilə görüş iyulun 3-də keçiriləcək. "Simurq"un Kartəpədəki son yoxlama oyunu isə ayın 7-nə nəzərdə tutulub. Ancaq rəqibin kim olacağı dəqiqləşməyib.
Qeyd edək ki, Zaqatala təmsilçisi hazırlıqla yanaşı transfer çalışmalarını da davam etdirir. Hazırda komandanın düşərgəsində baxış üçün dəvət edilmiş 3 futbolçu var. Məşqçilər korpusu onlar haqqında son qərarı "Spartak-Nalçik"lə görüşdən sonra verəcək.

0
0