Aleksandr Çertoqanov özünə yeni komanda tapdı
28.06.2013 - 17:18
Aleksandr Çertoqanov özünə yeni komanda tapdı
“Qəbələ”dən ayrıldıqdan sonra klubsuz qalan Aleksandr Çertoqanov özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, millimizin ukraynalı yarımmüdafiəçisi “Simurq”un düşərgəsində peyda olub.

O hazırda Türkiyənin Kartəpə bölgəsində təlim-məşq toplanışında olan Zaqatala təmsilçisinin hazırlıqlarında iştirak edir. Əslində isə “Simurq” Çertoqanov üçün yad komanda deyil. Belə ki, o, 2008/09 mövsümünün 2-ci yarısında zaqatalalıların heyətində icarə əsasında çıxış edib.

“Neftçi”nin onda 6 aylığa icarəyə verdiyi Aleksandr “Simurq”un tarixində ilk və hələ ki yeganə bürünc mükafatını qazandığı zamanı sıralarında olub. Anlaşması bitəndən sonra “İnter”ə keçən 33 yaşlı futbolçu həmin komandada məşqçi olan, hazırda isə “Simurq”u çalışdıran Georgi Çixradze ilə birgə isləyib.