“İnter” Bakıda məşqlərə iyunun 30-da başlayacaq
28.06.2013 - 17:35
“İnter” Bakıda məşqlərə iyunun 30-da başlayacaq
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter” Bakıya qayıdıb. Apasport.az saytının klubun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, “Anji” ilə yoxlama oyunundan sonra hazırlıqları yekunlaşdıran “bankirlər” bu gün Vyana – Bakı reysiylə təxminən saat 10.00-da ölkəmizə geri dönüb.

“İnter” bu gün və sabah istirahət edəcək. Ancaq komanda bazar günü, yəni iyunun 30-dan etibarən məşqlərə yenidən başlayacaq. “İnter” “Mariehamn”la Avroliqanın ilk oyununu “Bayıl Arena”da keçirməli olsa da, həmin gün hazırlıqlar “Şəfa”da olacaq.

Qeyd edək ki, “İnter” – “Mariehamn” oyunu saat 21:00-da başlayacaq. Görüşü Litvadan olan FİFA referisi Sergeyus Sliva idarə edəcək.