Hafiz Məmmədov: Hədəflərin hamısını açıqlamaq istəmirəm
28.06.2013 - 18:00
Hafiz Məmmədov: Hədəflərin hamısını açıqlamaq istəmirəm
“Biz Avropada öz sözümüzü demək istəyirik. “Lans”ın prezidenti Jerve Martel planlarımızla tanış olanda və bizimlə gələcək perspektivlər barədə danışanda başa düşdü ki, komandası yeni səviyyəyə yüksəlməyi bacaracaq”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın prezidenti Hafiz Məmmədov deyib.

Paytaxt klubunun rəhbəri Fransa mətbuatına sponsor etməyi planlaşdırdığı “Lans”ın hədəflərini açıqlayıb. O bildirib ki, hazırda II liqada mübarizə aparan komandanı elitada və Çempionlar Liqasında görmək istəyir: “Növbəti mövsüm klub Liqa 1-ə çıxmaq üçün mübarizə aparacaq. Bu əsas hədəfdir. Bizim öncəki qoyulmuş bütün əsas məqsədlərə çatmağa qərar vermişik. Ancaq mən bu gün hədəflərin hamısını açıqlamaq istəmirəm”.

Qeyd edək ki, “Lans” maliyyə durumuna görə Milli komissiyanın qərarına əsasən Liqa 2-dən çıxarılıb, daha aşağı diviziona göndərilib. Lakin bu tam təsdiqini tapmadığından məsələyə iyulun 5-də yenidən baxılacaq.