Frank de Bur 2017-ci ilə qədər “Ayaks”da qalacaq
28.06.2013 - 19:04
“Ayaks”ın baş məşqçisi Frank de Bur komandası ilə yenidən müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, Hollandiya millisinin sabiq futbolçusu daha 4 il Amsterdam klubunu çalışdıracaq.
Onun yeni müqaviləsi 2017-ci ilə qədər hesablanıb. 43 yaşlı mütəxəssisin əvvəlki müqaviləsinin müddəti ilin sonunda başa çatacaqdır.
Bundan başqa, “Ayaks” de Burun köməkçisi Henni Speykermanla da 2017-ci ilin iyununun sonuna qədər yenidən razılaşıb.
Qeyd edək ki, hər iki mütəxəssis 2010-cu ildən “Ayaks”da işləyir.

0
0