Millimiz Rusiya klubuna məğlub oldu
28.06.2013 - 19:32
Millimiz Rusiya klubuna məğlub oldu
Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Rusiya I divizionunda çıxış edən “Qazovik-Qazprom” klubunun əsas heyəti ilə qarşılaşıb.

Matç 3:2 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə yekunlaşıb. Yığmamızın heyətində Ruslan Nəsirli və Coşqun Diniyev fərqlənib.

Mənbə: affa.az