“Roma”nın prezidenti Tottini 50 yaşına qədər klubda saxlayır
28.06.2013 - 20:04
“Roma”nın prezidenti Ceyms Palotta komandasının hücumçusu və kapitanı Françesko Tottinin klubda 50 yaşına qədər oynamasına razılıq verə bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün təcrübəli futbolçunun ondan xahiş etməsi lazımdır.
“Canavarlar”ın rəhbəri bildirib ki, əfsanəvi oyunçu həmişə komandanın hissəsi olacaq: “Totti həmişə “Roma”nın hissəsi kimi bizim ürəyimizdə qalacaq. Onun komandada qalmasını istəyirik. Françesko şübhəsiz ki, iki və ya daha çox il klubda çıxış edəcək. Biz onunla vəziyyəti nəzərdən keçirəcəyik. Bilmirəm, Totti 40 yaşına qədər oynamaq istəyəcəkmi. Amma o, bunu bacarar. Əgər Françesko mənə xahiş edərsə, 50 yaşına qədər onun klubda top qovmasına icazə verərəm”.
Qeyd edək ki, 36 yaşlı futbolçu bütün həyatını yalnız “Roma”ya həsr edib. O, karyerasına 1992-ci ildə bu klubda başlayıb və paytaxt təmsilçisinin heyətində 21 mövsüm forma geyinib. Totti “Roma”nın tarixi ərzində ən yaxşı oyunçudur. Françesko “canavarlar”ın heyətində 501 matçda meydana çıxıb və rəqib qapılarından 215 top keçirib.

0
0