“Çelsi”nin futbolçusu “Sevilya”da!
28.06.2013 - 21:06
“Çelsi”nin futbolçusu “Sevilya”da!
Ötən mövsüm “Verder”dən “Çelsi”yə keçən, lakin forma şansı əldə edə bilməyən Marko Marinin yeni komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçu növbəti mövsümü “Sevilya”nın heyətində icarə əsasında çıxış edəcək.

“Zadəganlar”ın rəsmi internet saytı artıq almaniyalı yarımmüdafiəçinin İspaniya təmsilçisində tibbi müayinədən keçdiyini bildirib.

Qeyd edək ki, Marin başa çatan mövsümdə yalnız 6 matçda meydana çıxmağa şans əldə edib və qola imza atıb. O, 19 qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib. Marko “Verder”də çıxış edən zaman Almaniya millisinin heyətində də çıxış edirdi. Hazırda isə yığmadan kənarda qalıb.