Con Toşak: Onlar öz səviyyələrini göstərdilər
28.06.2013 - 22:20
“Almaniyada keçirdiyimiz məşqlərdən sonra bu bizim ilk sınaq oyunumuz idi”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak deyib.
Münhen yaxınlığındakı Bad Göqqinq şəhərciyində təlim-məşq toplanışını yekunlaşdırmaq üzrə olan “Xəzər Lənkəran” bu gün yolxlama matçında qüvvəsini sınadı. Cənub təmsilçisi Almaniya Regionalliqada mübarizə aparan “İnqolştadt 04”ün ikinci komandası ilə qarşılaşmada böyük hesablı qələbə qazandı – 6:1.
Oyun haqda fikirlərini bildirən uelsli çalışdırıcının fikrincə, vurulan erkən qolların
“Rəqib sərt oyuna üstünlük verib, bizi çətin vəziyyətə salırdı. İlk iki qolu vaxtında vurduq. Bundan sonra bizim futbolçularda inam yarandı. Həmin qolların ardından öz oyunumuzu göstərməyə başladıq. Yeni transferlərimiz - Nildo və Benouahi öz səviyyələri göstərdilər. Onların komandamıza necə kömək göstərdiyi hiss olundu”.
Qeyd edək ki, irəliləyən saatlarda Con Toşakla geniş müsahibə saytımızda dərc olunacaq.

0
0