FİFA Braziliya - İspaniya matçını hollandiyalı hakimə tapşırdı
29.06.2013 - 03:14
FİFA Braziliya - İspaniya matçını hollandiyalı hakimə tapşırdı
Konfederasiyalar Kubokunun final matçı və 3-cü yer uğrunda görüşlərinin hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, FİFA Braziliya və İspaniya yığmaları arasında baş tutacaq oyunu hollandiyalı referi Born Kuypersə tapşırıb.

3-cü yer uğrunda keçiriləcək Uruqvay və İspaniya matçını isə əlcəzairli hakim Camel Xaymud idarə edəcək.

Qeyd edək ki, 3-cü yer uğrunda baş tutacaq oyun iyunun 30-da, Salvadorun “Yeni Fonta” arenasında, final matçı isə iyulun 1-də, Rio-de-Janeyro şəhərinin “Marakana” stadionunda keçiriləcək.