“Barsa”nın futbolçuları ilə üz-üzə gəlmək böyük şərəfdir”
29.06.2013 - 04:06
“Barsa”nın futbolçuları ilə üz-üzə gəlmək böyük şərəfdir”
“Mənim üçün finalda “Barselona”nın şərəfini qoruyan futbolçularla üz-üzə gəlmək böyük şərəfdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Braziliya milli komandasının hücumçusu Neymar deyib.

21 yaşlı futbolçu Konfederasiyalar Kubokunun finalında İspaniya yığması ilə oyun öncəsi fikirlərini bildirib: “Onlar çox gözəl oyunçular və böyük ustalardır. Mən ispanlara Konfederasiyalar Kubokunun bütün matçlarında qələbə arzu edirdim, amma aydın səbəblərdən finalda onlarla oynamağı arzulaya bilmirəm. Biz meydanın müxtəlif tərəflərində çıxış edəcəyik və mən də bu görüşdə bacardığım hər şey edəcəyəm ki, komandamız qalib gəlsin”.

Qeyd edək ki, İspaniyanın heyətində “Barselona”nın formasını geyinən Andreas İnyesta, Xavi Hernandes, Pedro Rodriqes, Xerard Pike və Serxio Buskets kimi bir çox məşhur futbolçular çıxış edir.