İnyesta Vəli Qasımovun sabiq komandasına yenə pul yatırdı
29.06.2013 - 04:37
“Barselona”nın yarımmüdafiəçisi Andreas İnyesta sabiq komandası “Albasete”ni yenə xilas edib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu İspaniya klubuna 240 min avro pul yatırıb.
Bu pullar komandanın futbolçularına ödəniləcək. Əks təqdirdə “Albasete” sanksiyalara əsasən ölkə çempionatının IV divizionuna yollanacaqdı.
Ümumilikdə bu, Andreasın birinci işi deyil. Belə ki, İnyesta 2011-ci ildə “Albasete”nin səhmlərini almaq üçün 420 min avrosundan keçib, atası Xose Antonionun klubun direktorlar şurasına daxil olmasına nail olmuşdu.
Qeyd edək ki, İnyesta 12 yaşına kimi “Albasete”nin uşaq komandalarında çıxış edib. 1996-cı ildə “Barselona”ya yollanan ulduz futbolçu “Albasete”də olduğu vaxt Azərbaycan milli komandasının məşqçisi Vəli Qasımov da bu klubun şərəfini qoruyurdu.

0
0