Olimpiya çempionu “Porto”ya keçdi
29.06.2013 - 05:40
Olimpiya çempionu “Porto”ya keçdi
Meksika milli komandasının gənc yarımmüdafiəçisi Ektor Herrera karyerasını Avropada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçunun yeni komandası “Porto” olub.

2011-ci ildən vətənində “Paçuka” klubunun şərəfini qoruyan Herrera Portuqaliya təmsilçisi ilə 4 illik müqavilə imzalayıb. Yeni müqaviləyə əsasən onun kompensasiyasının dəyəri 40 milyon avro təşkil edir. Ektorun sadəcə “Porto”da tibbi müayinədən keçməyi qalıb.

Qeyd edək ki, Errera Meksika yığmasının heyətində 2012-ci il XXXI London Yay Olimpiya oyunlarının qalibi olub.