“Neftçi”nin rəqibi bu gün oynayacaq
29.06.2013 - 10:15
“Neftçi”nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan “Skenderbeu” Avstriyadakı hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Albaniya çempionu toplanış çərçivəsində sayca 4-cü yoxlama oyununu keçirəcək.
Belə ki, “Skenderbeu” bu gün ÇFR ilə qarşılaşacaq. Rumıniya klubu ilə oyun Avstriyanın Leoqanq qəsəbəsində baş tutacaq.
Qeyd edək ki, “Skenderbeu” bu matça qədər Rusiya təmsilçiləri – “Terek” və “Volqa”ya 0:2, Ukraynanın “Şaxtyor” klubuna isə 0:7 hesabı ilə uduzub. Korça klubu bu gün ən azından qol vurmağa çalışacaq.

0
0