“Simurq”un sabiq müdafiəçisi “Dnepr”in baş məşqçisi oldu
29.06.2013 - 10:31
“Simurq”un sabiq müdafiəçisi “Dnepr”in baş məşqçisi oldu
2009-cu ildə futbolçu karyerasını başa vuran “Simurq”un sabiq ukraynalı müdafiəçisi Aleksandr Poklonski məşqçilik fəaliyyətinə başlayıb. Apasport.az-ın Rusiya mətbuatından əldə etdiyi xəbərə görə, 38 yaşlı Poklonski ölkəsində çalışacaq.

O, “Dnepr”in U-19 komandasında baş məşqçi olacaq. Ancaq Poklonski ilə klub arasındakı müqavilənin müddəti bilinmir.

Qeyd edək ki, Aleksandr futbolçu karyerası ərzində “Vorskla”, “Tavriya”, “Krivbass”, “Zarya” və başqa Ukrayna klublarında çıxış edib. 1996-2004-cü illərdə “Dnepr”in heyətində 172 matç keçirib və 9 qol vurub. Qazaxıstanda da legioner karyerası yaşamış Poklonski “Simurq”da 2007-ci ildə çıxış edib və cəmi 2 matça çıxıb.