“Yeni gələn hücumçular Kanalesin yoxluğunu unutduracaqlar”
29.06.2013 - 13:49
“Təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyunumuz idi. Hər iki hissədə fərqli oyunçulara şans verdik. Fasilədən sonra 9 futbolçunu əvəzlədik ki, bu da nəticəyə təsirini göstərdi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
“Neftçi” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Rusiyanın “Volqa” klubu ilə qarşılaşan komandamız meydandan məğlub ayrılıb - 0:1.
Oyundan sonra Böyükağa Hacıyev klubun rəsmi saytına açıqlama verib: “Yoxlama oyunlarında nəticə önəm kəsb etmir. Məqsəd futbolçuların hamısına şans verib, onların hazırlıq səviyyəsini yoxlamaq idi. Bütün futbolçular səylə özlərini ən yaxşı tərəfdən göstərməyə çalışır. Bahodir Nasimovun əsas heyətdə yerini qaytarmaq istəməsi məni sevindirir. Əminəm ki, yeni gələn hücumçular da Nikolas Kanalesin yoxluğunu unutduracaqlar. İnanıram ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki ilk oyunumuzadək tam hazır olacağıq”.
Qeyd edək ki, “Volqa” “Neftçi”yə 76-cı dəqiqədə yarımmüdafiəçi Aleksandr Şuleninin vurduğu qol ilə qələbə qazanıb.

0
0