“İnter” “Mariehamn”ın oyununa internetdən baxacaq
29.06.2013 - 14:08
“İnter” “Mariehamn”ın oyununa internetdən baxacaq
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter”dən heç kim “Mariehamn”ın sabahkı çempionat oyununu canlı izləmək üçün Finlandiyaya getməyəcək. Apasport.az saytının klubdan aldığı məlumata görə, “İnter”in məşqçilər heyəti Mariehamn klubunun oyununa internet vasitəsilə baxacaq.

Belə ki, “Mariehamn”ın püşkatmadan sonra keçirdiyi Turku “İnter”i və HİK ilə oyunları da bu şəkildə izlənilib. Baş məşqçi Kaxaber Sxadadze bu görüşlərə videoyazı formasında baxaraq rəqibi incələyib.

Qeyd edək ki, hazırda Finlandiya çempionatında 5-ci sırada olan “Mariehamn” sabah “MüPa-47” ilə oynayacaq. Görüş Kouvola şəhərində keçiriləcək.