“Astana” – “Botev” oyununda azərbaycanlı - FOTO
29.06.2013 - 14:41
“Astana” – “Botev” oyununda azərbaycanlı - FOTO
Avroliqanın ilk təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Astana” – “Botev” oyununda azərbaycanlı da olacaq. Apasport.az-ın Bolqarıstanın winner.bg saytına istinadən verdiyi məlumata görə, Qazaxıstanın paytaxtında keçiriləcək görüşdə UEFA nümayəndəsi qismində Orxan Hüseynzadə iştirak edəcək.

Qeyd edək ki, iyulun 4-də baş tutacaq oyunu Gürcüstandan Georgi Vadaçkoriyanın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın hakim-inspektoru serbiyalı Miroslav Radomandır.