“Xəzər Lənkəran” bu gün Maltaya yola düşür
29.06.2013 - 15:41
“Xəzər Lənkəran” bu gün Maltaya yola düşür
İyunun 20-dən başlayaraq Almaniyanın Bad Qöqqinq qəsəbəsində yay təlim-məşq toplanışına start verən “Xəzər Lənkəran” bu gün səhər məşqi ilə toplanışı yekunlaşdırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, dünən keçirilən yoxlama oyunu ilə əlaqədar matçda 90 dəqiqə forma geyən braziliyalılar - Vanderson Skardovelli, Junior Nildo və ispaniyalı Alvaro Silva yüngül bərpa qaçışı ilə məşqlərini tamamlayıb.

Digər futbolçular isə 1 saat ərzində taktiki planda müxtəlif çalışmaları yerinə yetirib. Bununla da komanda Almaniya toplanışını başa vurub. Bu gün axşam saatlarında “Xəzər Lənkəran” məskunlaşdığı oteli tərk edərək Maltaya yola düşəcək.

Qeyd edək ki, “Xəzər Lənkəran” Almaniya toplanışı ərzində dünən yerli “İnqolştadt 04”ün U-23 komandasını 6:1 hesabı ilə darmadağın edib. Maltaya erkən yola düşməli olduqlarından “Auqsburq”un 2-ci komandası ilə sabah baş tutmalı olan oyun keçirilməyəcək.