Ərtuğrul Sağlam Ufuk Budakın rəsmən çalışdırıcısı oldu
29.06.2013 - 16:35
Ərtuğrul Sağlam Ufuk Budakın rəsmən çalışdırıcısı oldu
“Əskişəhərspor” dünən “Atatürk” stadionunda Ərtuğrul Sağlam üçün imzalama mərasimi təşkil edib. Apasport.az saytının məlumatına görə, “Bursaspor”a tarixində yeganə çempionluğu qazandırmış Sağlam təxminən 4 min azarkeşin gözü önündə 2 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, millimizin üzvü Ufuk Budak bu komandaya məxsusdur. Onun “Əskişəhərspor”da əvvəlki baş məşqçisi Ərsun Yanal idi.